"Mançester Yunayted" rəhbərliyi "Brentford"un hücumçusu Brayan Mbemonu transfer edəcəyinə əmindir.
Offsideplus.az xəbər verir ki, "Tottenhem"in marağına baxmayaraq "qırmızı şeytanlar" bu keçidi bitirəcəyinə inanır.
Bu barədə "M. E. N." məlumat yayıb.
Mbemonun seçimi də "mankunianlar"dır.
O, başa çatan mövsüm "Brentford"un heyətində 38 oyunda 20 qol vurmağı bacarıb.