Azvision portalından verilən məlumata əsasən, ain.az bildirir.
AzVision.az xəbər verir ki, Kunardakı yerli mənbələrə istinad edən “Khaama Press” portalının yazdığına görə, atışma Şiqal mahalının Taxt-e Xor bölgəsində, Dürand xətti adlanan ərazinin yaxınlığında baş verib. Toqquşmada Şir Alam və Musi adlı iki əfqan əsgəri həlak olub. “İnsident Pakistan əsgərlərinin ərazidə yeni nəzarət-buraxılış məntəqəsi qurmağa cəhd etməsi ilə başlayıb. Mərkəzi və yerli hakimiyyət orqanları hələlik hadisə ilə bağlı rəsmi şərh verməyiblər”, - məlumatda deyilir. Dürand xətti, İngiltərənin Britaniya Hindistanının ərazisini genişləndirməyə cəhd etdiyi iki İngilis-Əfqan müharibəsi ilə yaradılan Əfqanıstan və Pakistan arasında 2640 kilometrlik (1630 mil) təklif olunan sərhəddir. Lakin Əfqanıstan bu xətti iki ölkə arasında sərhəd kimi tanımır. Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.