Bakı. Trend:
15 iyun 2025-ci il tarixində Gəncə şəhərində yerləşən HeydərƏliyev Park-Kompleksində Gəncənin 2025-ci il üçün MüstəqilDövlətlər Birliyinin (MDB) idman paytaxtı seçilməsi münasibətiləsertifikatın şəhər rəhbərliyinə təqdim edilməsi mərasimikeçirilib.
Bu barədə Trend-ə Bakı Şəhər Halqasından məlumat verilib.
Bildirilib ki, tədbir Ulu Öndər Heydər Əliyevin abidəsi önünəgül dəstələrinin qoyulması ilə başlayıb. Mərasimdə dövlətrəsmiləri, MDB-yə üzv ölkələrin nümayəndələri, mədəniyyət və idmanxadimləri, eləcə də, ictimaiyyətin tanınmış simaları iştirakediblər.
Sertifikatın təqdim edilməsindən sonra qonaqlar III MDBOyunlarında yer alacaq idman növləri ilə tanış olublar. HeydərƏliyev Mərkəzindən "Zəfər Tağı"nadək olan məsafədə müxtəlif idmannövləri üzrə idmançıların çıxışları izlənilib. Tədbir konsertproqramı ilə davam edib.
III MDB Oyunları 2025-ci il 28 sentyabr – 8 oktyabr tarixlərindəAzərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ,Şəki, Göygöl və Xankəndidə təşkil olunacaq. Təntənəli açılış vəbağlanış mərasimləri isə məhz Gəncə şəhərində baş tutacaq.