AZ

Pasiyentini zorlamaqda ittiham olunan həkim bu yolla özünə bəraət qazandırır: Zərurət idi

19 yaşlı rusiyalı qadın Domodedovo şəhər xəstəxanasının həkimini onu təqib etməkdə günahlandırıb və Rusiya İstintaq Komitəsinə şikayət edib.

Publika.az xəbər verir ki, bu barədə "Baza" "Telegram" kanalı məlumat yayıb.

Qızın dediyinə görə, reanimasiyaya aparıldıqdan sonra uyuşdurucu dərmanın təsirində olduğu zaman reanimatoloq onun sinəsindən tutub, seksual xarakterli hərəkətlər edib.

Pasiyentini zorlamaqda ittiham olunan həkim isə barəsində deyilənləri inkar edib və sadəcə lazımi tədbirlərə əl atdığını iddia edib.

Belə ki, təqsirləndirilən şəxs "Məmə ucunun burulması həssaslığın yoxlanılması üçün standart üsuldur, digər proses isə sadəcə olaraq adi rektal müayinədir", - deyə bildirib.

Seçilən
13
1
publika.az

2Mənbələr