AZ

Caz əfsanəsi vəfat etdi

Məşhur cənubi afrikalı caz barabançısı, The Blue Notes qrupunun son sağ qalan üzvü Lui Moxolo-Moxolo uzun sürən xəstəlikdən sonra 13 iyun tarixində 85 yaşında vəfat edib. Bu barədə Times Live məlumat yayıb.

News24.az xəbər verir ki. Moxolo-Moxolo Cənubi Afrikada cazın inkişafında mühüm rol oynayan, sərbəst caz janrının formalaşmasında böyük töhfə vermiş sənətkar kimi tanınıb. Apartheid rejiminə qarşı çıxış etdiyinə görə ölkəsini tərk etmək məcburiyyətində qalmış və uzun illər Böyük Britaniyada yaşayıb.

Ailəsinin bildirdiyinə görə, onun musiqisi azadlıq, müqavimət və yaradıcı ifadə gücünün simvoluna çevrilmişdi: “O, musiqisi ilə mədəni həmrəyliyin və özünüifadənin mayakı olub.”

1970-ci illərin əvvəlində o, həmçinin Assagai adlı afrorok qrupunun da üzvü olmuşdu. Moxolo-Moxolo yalnız 2005-ci ildə vətəninə geri dönmüşdü.

Səma Orucova

Seçilən
6
1
news24.az

2Mənbələr