AZ

Dollar güclənə bilər, manat isə... AÇIQLAMA

ain.az, Demokrat.az saytına istinadən bildirir.

“Dollara təsir edən bir çox faktorlar var. Neftin qiyməti dolları ucuzlaşdıran faktor deyil. Dolları ucuzlaşdıran məqam daha çox risklərlə, ABŞ-Çin iqtisadi müharibəsi ilə bağlıdır”.Bunu Demokrat.az-a iqtisadçı Xalid Kərimli deyib. O bildirib ki, bu ticarət müharibəsi riskləri artırır və ABŞ dollarına etibarı aşağı salır:

“Bu mübarizə hər iki ölkə üçün zərərlidir. Neftin qiymətlərinin artması isə dollara ziyan deyil, əksinə dəstəkləyici faktor olacağını düşünürəm. Hazırda 1,15 kursu dollar üçün bu il proqnozlaşdırılan ən neqativ ssenaridir. Fikirləşirlər ki, kurs 1,05-1,15 arasında olacaq. Ciddi ucuzlaşma olacağını düşünmürəm. ABŞ Çin ilə razılaşsa, əksinə dollar güclənə bilər”.Neft qiymətlərindən danışan iqtisadçı qeyd edib ki, neftin qiyməti İran-İsrail konfliktindən asılı olacaq:“Müharibə səngisə, qiymət düşəcək, şiddətlənsə, qiymət artacaq. Bu qiymətin manata heç bir təsiri yoxdur. İndiki qiymətlər manatın stabil saxlanmasına kömək edir”.Cavidan Mirzəzadə

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
2
demokrat.az

3Mənbələr