AZ

Pilotun bu addımı çoxsaylı insanın həyatını xilas etdi

Xəbər verdiyimiz kimi, Hindistanda Air India şirkətinə məxsus Boeing 787 Dreamliner təyyarəsi havaya qalxdıqdan sonra mühərrik gücünü itirərək yaşayış məntəqəsindən uzaqda boş çəmənliyə endirilib. Təyyarədə olan 242 nəfərdən yalnız biri sağ qalıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, pilot kapitan Sumeet Sabharwal qəza zamanı təyyarəni yaşayış binalarından uzaqlaşdıraraq çoxsaylı insanın həyatını xilas edib.

Təyyarənin çırpılması nəticəsində böyük yanğın baş verib, yaxınlıqdakı tibb məktəbinin yataqxanasında isə yanğın tələbə və işçilərin ölümünə səbəb olub.

Qəzanın səbəbləri araşdırılır, mühərrik ABŞ-a göndərilib, ekspertlər araşdırmalara qoşulub.

Seçilən
10
manset.az

1Mənbələr