ain.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İranın qərbində yerləşən Kirmanşah şəhərindəki Farabi Xəstəxanası İsrailin bu səhər saatlarında həyata keçirdiyi hava hücumları nəticəsində ciddi zərər görüb.
İran mediası hadisədən sonra yüksələn tüstü və dağıntı görüntülərini yayımlayıb.
Partlayışın təsiri ilə xəstəxananın bir neçə bölməsi, o cümlədən reanimasiya şöbəsi, istifadəyə yararsız hala düşüb. Xəstəxanadakı bir çox tibbi avadanlıq sıradan çıxıb, pəncərələr qırılıb.
İranlı yerli mənbələr bildirir ki, partlayış zamanı xəstəxanada müalicə alan bəzi pasiyentlər də xəsarət alıblar.
Hadisə yerinə dərhal təcili yardım və xilasetmə qrupları göndərilib. Yaralı xəstələr yaxınlıqdakı digər tibb müəssisələrinə köçürülüb, xəstəxananın bəzi bölmələri isə tamamilə boşaldılıb.
"AzPolitika.info"
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.