AZ

İran onu xilas edəcək şəxsin kim olduğunu bilir: İsraili dayandırın

Son 37 ildir ki, İran molla rejimi Azərbaycana qarşı təhdidkar mövqe sərgiləyir. 1988-ci ildən etibarən Tehran rəsmi olaraq Ermənistanı dəstəkləyib.

2016-cı ilin Aprel döyüşlərindən sonra Azərbaycan Ordusunun qüdrətinin şahidi olan İran, siyasətini bir qədər də dəyişərək Bakıya qarşı təzyiqini artırmağa başladı.

Rəsmi Tehran yaxşı anlayırdı ki, Azərbaycanın güclənməsi Cənubi Azərbaycanda milli oyanışı sürətləndirə bilər. Məhz bu səbəbdən Qarabağın işğal altında qalmasında, dağıdılmasında və talan edilməsində İran rejimi canfəşanlıq edirdi.

Qeyri-rəsmi yollarla Ermənistana dəstək verərək Azərbaycanı zəiflətməyi hədəfləyirdi. 44 günlük Vətən müharibəsi dövründə İran ermənilərə yanacaq və sürtkü materialları təmin etməklə açıq-aşkar tərəf olduğunu bəyan etdi. Şübhəsiz ki, Azərbaycanın bu müharibədə qələbə qazanması İranda birmənalı qarşılanmadı. Zəngəzur dəhlizinin açılması məsələsi ortaya çıxan gündən molla rejimi diş qıcamağa başladı. Bu addımı “qırmızı xətt” elan edərək Zəngəzur dəhlizinin açılmasına mane olmağa çalışdı.

İndi isə quyruğu qapı arasında qalmış vəziyyətdə bizdən dəstək gözləyir, Azərbaycanı İsrailə minnətçi salmağa cəhd edir. Səbəb aydındır: İran bilir ki, onları indiki dövrdə xilas edəcək bir şəxs var – o da Prezident İlham Əliyevdir. Rəsmi Tehran və İranın yeni prezidenti Məsud Pezeşkian başa düşür ki, onlara az da olsa nəfəslik lazımdır. Bu nəfəsliyi isə indiki halda yalnız bir şəxs açar bilər. İlham Əliyevin İran prezidentinin bu müraciətinə hansı reaksiyanı verəcəyi bəllidir. Şübhəsiz ki, 30 il torpağı işğal altında qalan, lakin öz gücü, iradəsi və Azərbaycan Ordusunun əzəməti ilə torpaqlarını azad edən qalib bir ölkənin sərkərdəsi şəhərlərin və kəndlərin viran olmasının nə demək olduğunu çox gözəl bilir.

Ermənilər və onlara dəstək verən Rusiya və İranın diktəsi ilə Azərbaycanın əzəli torpağı olan Qarabağ belə məhv edilmişdi. Lakin Azərbaycan öz torpağını azad edib, yeni Qarabağı inşa etməyə başladı. İran isə hələ də öz çirkin siyasətindən əl çəkmirdi, Azərbaycana mane olduğunu anlamırdı. Rəsmi Tehran bunu çox gec anlayıb. Lakin xilas yollarının harada olduğunu bilirlər. İndi xilaskarlıq missiyası qalib sərkərdənin əlindədir.

Qoşqar Salmanlı

Seçilən
29
1
moderator.az

2Mənbələr