AZ

PSJ – "Atletiko Madrid" matçında azarkeş rekordu qeydə alınıb

Klublararası dünya çempionatının ilk turunda keçirilən PSJ - "Atletiko" matçı azarkeş sayı ilə də diqqət çəkib.

Gender.az xəbər verir ki, Paris təmsilçisinin 4:0 hesabı ilə qalib gəldiyi oyunu stadiondan 80 min 619 azarkeş izləyib.

Bu, komandaların cari mövsüm iştirak etdiyi matçlar üçün rekord göstəricidir.

Qeyd edək ki, ABŞ-da keçirilən turnirin digər oyunlarını daha az azarkeş izləyib.

"Əl-Əhli" (Misir) - "İnter Mayami" (ABŞ) matçına 60 927, "Bavariya" (Almaniya) - "Oklend Siti" (Yeni Zelandiya) oyununa 21 152 izləyici gəlib.
Seçilən
10
2
gender.az

3Mənbələr