AZ

Lənkəranda polis əməliyyat keçirdi- 18 kiloqram narkotik vasitə aşkarlandı

Lənkəranda polis tərəfindən əməliyyat keçirilib və 18 kiloqram narkotik vasitə aşkarlanıb.

Teleqraf-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən tədbirlər zamanı Şamaxı sakini 65 yaşlı Əzizağa Səlimli, əvvəllər məhkum olunmuş Cəlilabad sakinləri -42 yaşlı Rəcəb Mahmudov və 44 yaşlı Anar İsmayılov saxlanılıblar.

DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, həmin şəxslərdən 18 kiloqram tərkibində psixotrop maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

İlkin araşdırma zamanı onların şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduqları və narkotik vasitələri maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqları müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Seçilən
20
15
teleqraf.com

10Mənbələr