Son 37 ildir ki, İran molla rejimi bizi hədələməklə məşğuldur. 1988-ci ildən başlayaraq İran hər zaman rəsmi olaraq erməniləri dəstəkləyib. 2016-cı il Aprel döyüşlərindən sonra Azərbaycan ordusunun qüdrətinin şahidi olan İran molla rejimi siyasətini biraz da dəyişdirərək bizə təzyiqi artırmağa başladı.
Rəsmi Tehran anlayırdı ki, Azərbaycanın güclənməsi Cənubi Azərbaycanda milli oyanışı sürətləndirə bilər. Məhz buna görə Qarabağın işğal altında qalmasında , dağıdılmasında, talan edilməsində İran rejimi canfəşanlıq edirdi. Qeyri-rəsmi yollarla İran Ermənistana dəstək verməklə Azərbaycanı zəiflətmək istəyirdi.
44 günlük Vətən müharibəsi dövründə İran ermənilərə yanacaq, sürtü matrealları verməklə açıq-aşkar tərəf olduğunu bəyan etdi. Sözsüz Azərbaycanın bu savaşda qalib gəlməsi İranda birmənalı qarşılanmadı. Zəngəzur dəhlizinin açılması məsələsi ortaya çıxan gündən molla rejimi diş qıcamağa başladı. Bu “bizim qırmızı xəttdir” deyib, Zəngəzur dəhlizinin açılmasına mane olmağa başladı. İndi quyruğu qapı arasında qalna bizdən dəstək gözləyir. Bizi İsrailə minnətçi salmaq üçün çalışır.
Səbəb aydındır. İran bilir ki, onları indiki dövrdə xilas edəcək bir şəxs var. O da İlham Əliyevdir. Rəsmi Tehran və İranın 9-cu prezidenti olan Məsud Pezeşkian anlayır ki, onlara az da olsa nəfəslik lazımdır. Bu nəfəsliyi isə indiki halda yalnız bir şəxs aça bilər.
İlham Əliyev İran prezidentinin bu müraciətinə hansı reaksiyanı verəcəyi bəlldir. Sözsüz 30 il torpağı işğal altında qalan, torpaqları öz gücü, iradəsi və Azərbaycan ordusunun əzəməti ilə azad edən qalib bir ölkənin sərkərdəsi şəhərlərin, kəndlərin viran olması nə deməkdir çox gözəl bilir. Ermənilər və onlara dəstək verən Rusiya və İranın diktəsi ilə Azərbaycanın əzəli torpağı olan Qarabağ belə məhv edilmişdi. Amma Azərbaycan öz torpağını azad edib, yeni Qarabağı inşa etməyə başladı. İran isə hələ də öz çirkin siyasətindən əl çəkmirdi. Azərbaycana mane olduğunu anlamırdı. Rəsmi Tehran bunu çox gec anlayıb. Amma xilas yollarının harada olduğunu bilirlər.
İndi xilaskarlıq missiyası qalib sərkərdənin əlindədir.
Qoşqar Salmanlı