AZ

İran parlamentindən təkzib

İran parlamenti İsrailin hücumlarına cavab olaraq "Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə"dən çıxmaq barədə qanun layihəsini nəzərdən keçirdiyini təkzib edib.

Bu barədə İranın “Mehr” informasiya agentliyi məlumat yayıb.

Qeyd olunub ki, İran parlamenti bugünkü iclasında, həmçinin İsrailə qarşı hərtərəfli mübarizə məqsədilə Silahlı Qüvvələrin gücləndirilməsi planını təsdiqləyib.

Təsdiqlənmiş planın mətninə əsasən, İran İsrailin hücumunu müharibə elanı kimi təsnif edir və bütün daxili qüvvələri birləşməyə çağırır.

Seçilən
5
1
news365.az

2Mənbələr