Bakı. Trend:
Bu ilin yanvar-may aylarında Azərbaycanda istehlakçılara 3,040milyard manat dəyərində toxuculuq məhsulları, geyim və ayaqqabılarsatılıb.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldəedib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,3%çoxdur.
Toxuculuq məhsulları, geyim və ayaqqabılar üzrə ticarətdövriyyəsinin yekunda xüsusi çəkisi 13% təşkil edib.
Qeyd edək ki, 2025-ci ilin yanvar-may aylarında pərakəndəticarət şəbəkəsində istehlakçılara 23,341 milyard manatlıq, ocümlədən 13,073 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütünməmulatları, 10,267 milyard manatlıq qeyri-ərzaq mallarısatılıb.
2024-cü ilin yanvar-may ayları ilə müqayisədə pərakəndə ticarətdövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədən ərzaq məhsulları,içkilər və tütün məmulatları üzrə 1,6 faiz, qeyri-ərzaq mallarıüzrə 6,5 faiz artıb.