AZ

İranlı ekspert: “Qərb Azərbaycana Ermənistan məsələsində ikili standart tətbiq edir”

“Trans-regional güclərə bağlı media inkişafları seçmə şəkildə təmsil etməklə Qafqazda etimadın qurulmasına xələl gətirmək və regional sülh təşəbbüslərini qanuniləşdirmək üçün şərait yaradır”.

Tribunainfo.az bildirir ki, bu fikirlərin müəllifi iranlı ekspert Məsumə Məhəmmədidir.

Onun sözlərinə görə, davamlı etimadsızlıq, yerli nəzarət institutlarının olmaması və xarici aktorların seçici siyasəti Qafqazda sülh prosesini son dərəcə kövrək edib. “Sülh prosesini çətinləşdirən təkcə yerlərdəki məsələlər deyil, həm də davam edən rəvayətlər müharibəsi, beynəlxalq aktorların ikili standartları və regional monitorinq institutlarının boşluğudur. Dəfələrlə atəşkəs əldə olunmasına baxmayaraq, Cənubi Qafqaz qeyri-sabitlik vəziyyətində qalır”.

Məhəmmədi onu da qeyd edib ki, Qərb Azərbaycana qarşı ikili standartlaran istifadə edir. “Qərb Cənubi Qafqazda atəşkəsin dəfələrlə pozulması fonunda qeyri-konstruktiv və ikitərəfli siyasət yürütüb. İrəvanın bəzi hərbi hərəkətləri Avropa və Amerika qurumlarından aydın cavabsız qalsa da, Azərbaycanın ən kiçik hərəkətləri kəskin siyasi və media reaksiyaları ilə qarşılanıb”.

Fərda Uğur

Seçilən
6
1
tribunainfo.az

2Mənbələr