AZ

Lima yaxınlığında zəlzələ bir nəfərin həyatına son qoydu

BAKI, TurkicWorld

Peruda 6,1 bal gücündə zəlzələ baş verib.

TurkicWorld xəbər verir ki, Perunun paytaxtı Lima yaxınlığındakı Kallao şəhərindən 20 kilometr aralıda baş verən 6,1 bal gücündə zəlzələdə ilkin məlumata görə, 1 nəfər ölüb, 36 nəfər yaralanıb.

Prezident Dina Boluarte vətəndaşları sakit olmağa çağırıb və zəlzələdən sonra sunami xəbərdarlığının verilmədiyini bildirib.

Qeyd edək ki, 34 milyon əhalisi olan Peru, Sakit okean hövzəsi ətrafında sıx seysmik və vulkanik fəaliyyətin olduğu bir ərazidə olan Od Halqasında yerləşir. Peruda hər il orta hesabla ən azı 100 zəlzələ baş verir.

Peruda sonuncu güclü zəlzələ 2021-ci ildə Amazon bölgəsində baş verib. 7,5 bal gücündə zəlzələ nəticəsində 12 nəfər xəsarət alıb, 70-dən çox ev dağılıb.

1970-ci ildə Perunun şimalındakı Ankaş bölgəsində baş verən dağıdıcı zəlzələdə təqribən 67.000 adam həlak olub.

Seçilən
21
turkic.world

1Mənbələr