AZ

Borcunu ala bilməyən Nehrəm sakini rəsmi qurumları İTTİHAM EDİR - "Mənə deyirlər ki, məhkəməyə mürqaciət et..."

Nehrəm kənd sakini Kərimov Kərim Tağı oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçinin redaksiyamıza göndərdiyi məktubu olduğu kimi dərc edirik:

“Mən, Kərimov Kərim Tağı oğlu, bildirirəm ki, 23.11.2024-cü il tarixində Binəqədi şosesi, ev 185, mənzil 130 ünvanında yaşayan Səfərova Kəmalə Tahir qızı oğlunu (adını dəqiq bilmirəm, "qaqaş" deyə müraciət edilirdi) 2 dəfə mənimlə birgə Şərurun kəndlərində adsız, markası olmayan siqaret almağa göndərmişdir. Hətta məndən xahiş ediblər, bir neçə nəfərdən 1 və ya 2 blok siqareti mən almışam. 

Məndən 2 min manat dəyərində, yəni 45 blok siqaret almış və pulunu sabah gəticəyini demişdir. Sabahısı pulumuz tələb etdikdə isə, Naxçıvan Hava Limanında gömrük işçilərinin ona imtina ərizəsi yazdıraraq, siqaretləri əlindən aldığını bildirmişdir. Siqaretləri əlindən alınıb, amma məsuliyyətə cəlb olunmayıb, niyə, görəsən?!

Maraqlı məqamlardan biri də budur ki, Naxçıvandan Bakıya heç nə gətirə bilmirik. Hətta 10 qab doşab gətirməyə belə, icazə vermirlər. 2 qaba ancaq icazə verirlər.

Naxçıvan gömrüyünə duranlar Azərbaycandan sayılmırlar. Hara getsək, bizə zülüm verirlər.

Gələcəkdə Zəngəzur dəhlizi açıldıqda çox güman ki, orda da gömrük olacaq, onlar da biz naxçıvanlara zülm edəcəklər. 

Naxçıvanda hüquq-mühafizə orqanları bu işə baxmadı. Mənə deyirlər ki, 2 min manatı almaq üçün məhkəməyə müraciət etməlisən. Məcbur qalıb, məhkəməyə müraciət edəcəm". 

Jalə FAMİLQIZI

Redaksiyadan:Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Seçilən
19
2
hurriyyet.az

3Mənbələr