"Necə olmalıdır" rubrikasının növbəti buraxılışı yayımlanıb.
Bildirilib ki, İlqar Cümşüdov küçəsindən gələn nəqliyyat vasitələri, xüsusilə də gecə saatlarında küçədəki arakəsməni vaxtında görmür və bu da qəza riski yaradır.
Sakinlərin sözlərinə görə, həmin ərazidə mütəmadi olaraq yol-nəqliyyat hadisələri baş verir. Bundan əlavə, sağ tərəfdə, döngədə park edilən avtomobillər yolu daraldır və hərəkətdə olan nəqliyyat vasitələrinin qarşısında maneə yaranır.
Xüsusilə gecə saatlarında arakəsməni görmək mümkün olmadığından buraya ya işıqqaytarıcı elementlərlə təchiz olunmuş "maneəni sağdan keç" nişanı qoyulmalı, ya da arakəsmənin yolun içinə çıxan hissəsi sökülməlidir.
Ətraflı Baku TV-nin süjetində: