"Qalatasaray" "Barselona"nın qapıçısı Mark-Andre ter Ştegenlə danışıqlar aparır.
Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, Türkiyə klubu 33 yaşlı oyunçuya ildə təxminən 5 milyon avro ödəməyə hazırdır.
"Cimbom" alman qapıçıya əsas heyətdə daimi yer alacağına söz verib.
"Barselona" ter Ştegeni yay transfer pəncərəsində satmağa müsbət yanaşır.
Ter Ştegen 2014-cü ildən "blauqrana"nın şərəfini qoruyur. Onun "Barsa" ilə hazırkı müqaviləsi 2028-ci ilə qədərdir.
"Transfermarkt"a görə, qolkiperin transfer dəyəri 12 milyon avrodur.
Müller "Bavariya"nın heyətində 250-ci qolunu vurub
Caka İtaliyanın top klubuna keçməyə yaxındır
Patrik Şik "Bayer"lə bağlı qərarını verib
"Mançester Yunayted"in vingeri Premyer Liqa klublarının hədəfində
PSJ - "Atletiko" matçında azarkeş rekordu