AZ

İrandan İsrailə atılan ballistik raketlərin sayı 350-ə çatıb

Cümə günündən bəri İran İsrailə təxminən 350 ballistik raket atıb və İsrail ordusunun yeni statistikasına görə, onların əksəriyyəti ələ keçirilib.

APA xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Bildirilib ki, səhər saat 4 radələrində İsrailin mərkəzi və Hayfa bölgəsini vuran son barajda 40-a yaxın raket atılıb.

Gecə saatlarında baş verən hücumda isə üç əsas zərbə yeri olub, səkkiz nəfər həlak olub, 95 nəfər yaralanıb. Dörd nəfər Petah Tikvada, üç nəfər Hayfada, biri isə Bney Brakda həlak olub.

Seçilən
9
4
apa.az

8Mənbələr