AZ

Xamenei İsrail hərbçilərinin hədəfidir - Nüfuzlu nəşr YAZDI

İranın ali lideri Ayətullah Əli Xamenei İsrail hərbçilərinin hədəfi hesab olunur.

Hurriyyet.az xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu “The Wall Street Journal” nəşrinin məlumatında bildirilib.  

Nəşrin məlumatına görə, İsrail tərəfi Əli Xamneyi də daxil olmaqla, İslam Respublikasının nüvə proqramının məhvinə kömək edəcək istənilən potensial hədəfi nəzərdən keçirir. Bundan başqa, İsrail qüvvələri təkcə nüvə infrastrukturuna deyil, həm də İran dövlətində hərbi və siyasi qeyri-sabitlik yarada biləcək bütün hədəflərə zərbələr endirir.

Qeyd edək ki, bundan əvvəl “Reuters”in yaydığı məlumatda bildirilmişdi ki, ABŞ prezidenti Donald Tramp İsrailin İranın ali rəhbəri Ayətullah Əli Xameneinin sui-qəsd planına veto qoyub.

Siyasi ekspertlər deyirlər ki, dünya düzənindəki qeyri-rəsmi qaydalara görə, dövlət başçılarının terror yolu ilə aradan götürülməsi yasaqdır. Bu qeyri-rəsmi ənənə uzun illərdir ki, mümkün qədər qorunur.

İranla bağlı məsələdə necə olacaq, ənənə pozulacaqmı, vəziyyət qarışıq olduğundan bu suala birmənalı cavab verilmir.

Politoloq Elxan Şahinoğlu bildirib ki, ABŞ Prezidenti Donald Trampın İsrailin İranın ali rəhbəri Əli Xamaneini öldürmək planına veto qoyması inandırıcı deyil.

“Trampın hansı açıqlaması və ya vədi doğru çıxıb ki, bu xəbər də təsdiq olunsun. Tramp dünən söylədiyinin bu gün tam əksini söyləyir. Bir də ki, Donald Tramp Əli Xamaneini niyə qorumalıdır ki? Bu arada, Rusiya mediasında Əli Xamaneinin aparat rəhbərinin müavininin Kreml rəsmiləri ilə danışıqlar apardığı barədə başqa bir xəbər yayılıb. Danışıqlarda İranda vəziyyətin kəskinləşəcəyi halda ali liderin Rusiyada sığınacaq alması müzakirə olunub. Rusiyanın Əli Xamaneiyə sığınacaq verməyə hazır olduğu bildirilib. Bunda qeyri-adi heç nə yoxdur, Əli Xamaneinin keçmiş müttəfiqi Bəşər Əsəd də Rusiyada sığınacaq alıb”, - E.Şahinoğlu qeyd edib.

Xatırladaq ki, Seyid Əli Xamenei İranın ali rəhbəri olmazdan əvvəl ölkənin prezident postunu tutub.

O, 13 oktyabr 1981-ci ildə İrana yeni prezident seçilib. Xamenei 1985-ci ildə ikinci müddətə də prezident seçilə bilib və daha 4 il hakimiyyətdə qalıb.

Hazırda 86 yaşında olan Seyid Əli Xamenei 4 iyun 1989-cu ildən bu günə kimi İran İslam Respublikasının ali rəhbəri postunu tutur. Ali rəhbər olaraq Xamenei İslam Respublikasında ən güclü siyasi səlahiyyətlidir. O, İran dövlətinin başçısı, İran silahlı qüvvələrinin ali baş komandanıdır. Əli Xamenei həmçinin fərmanlar imzalama və iqtisadiyyat, ətraf mühit, xarici siyasət, təhsil, milli layihələşdirmə kimi bir çox sahələrdə hökumətin əsas siyasətlərinə dair son qərarı vermə səlahiyyətinə sahibdir.

Modern.az

Seçilən
2
1
hurriyyet.az

2Mənbələr