G7 ölkələrinin əksəriyyəti Rusiya neftinin qiymət tavanını təkbaşına endirməyə hazırdır.
AzPost bildirir ki, bu barədə Reuters məlumatlı mənbələrə istinadən xəbər yayıb.
Avropa ölkələri neftin tavan qiymətini 60 dollardan 45 dollara endirməyə çalışır. Kanada, İngiltərə və ola bilsin ki, Yaponiyadan müsbət siqnallar var.
“Biz ABŞ dəstəyini təmin etmək üçün G7 platformasından istifadə edirik”-deyə mənbələrdən biri bildirib
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bu ideyanı dəstəkləmir.
Qeyd edək ki, İran-İsrail müharibəsi səbəbindən neftin qiymətinin artması barədə təhlillərin fonunda Reuters-in bu xəbəri qəribə görünür.