AZ

İsmayıllıda 7 otaqlı moteldə yanğın olub

Bakı. Trend:

İsmayıllı rayonunun Gəndov kəndində 7 otaqlı moteldə yanğınolub.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumatverilib.

Bildirilib ki, ümumi sahəsi 1575 m² (hər mərtəbəsinin vəmansardının sahəsi 525 m²) olan ikimərtəbəli 7 otaqlı motelin yanarkonstruksiyaları yanıb.

Motelin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Seçilən
3
az.trend.az

1Mənbələr