Bakı. Trend:
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) İdarə Heyəti bu günagentliyin qərargahında İsrailin İranın nüvə obyektlərinəhücumlarının fəsadlarını müzakirə etmək üçün növbədənkənar iclasatoplanacaq.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər veir.
Məlumata görə, iclasın keçirilməsi təşəbbüsü İran tərəfindənirəli sürülüb və bu təşəbbüs Rusiya, Çin və Venesuela tərəfindəndəstəklənib.
Növbədənkənar iclas İran və İsrail arasında davam edən hərbiqarşıdurma fonunda keçiriləcək. Əsas müzakirə predmeti İsrailinİranın Natanz və Fordo şəhərlərindəki nüvə obyektlərinə hədəflənənhava zərbələri olacaq.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisiMəhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) başkomandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanıQulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.
Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” iləIsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.