AZ

İran XİN: İsrailin Natanz nüvə obyektinə hücumu beynəlxalq hüquqa zərbədir

BAKI, 16 iyun. TELEQRAF

İsrailin Natanzdakı nüvə obyektinə hücumu beynəlxalq hüquq və nüvə silahlarının yayılmaması planına ciddi zərbədir.

Teleqraf xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.

O bildirib ki, İranın nüvə proqramı dünyada yeganə proqramdır ki, onun qanuniliyi BMT Nizamnaməsinin VII fəsli çərçivəsində qəbul edilmiş qətnamə ilə təsdiqlənib:

“Sülhməramlı nüvə proqramımızı hədəfə alan rejimin özü nüvə silahlarına malikdir. Bu isə nüvə silahlarının yayılmaması rejiminə və beynəlxalq hüquqa ağır zərbədir. BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan Böyük Britaniya, Fransa və Almaniya həm Avropa İttifaqının üzvü, həm də Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) tərəfdarları olaraq, öz öhdəliklərinə əməl etməli idilər. Əgər bu ölkələr doğrudan da 2231 saylı qətnaməyə və nüvə sazişinə dəyər verirdilərsə, sionist rejimin bu cinayətini – xüsusilə Natanz nüvə obyektinə hücumunuaçıq şəkildə qınamalı idilər”.

Seçilən
13
2
teleqraf.com

3Mənbələr