AZ

Hazırda nüvə proqramı ilə bağlı müzakirənin aparılması mənasızdır – İran XİN

Bakı. Trend:

Hazırda İranın nüvə proqramı ilə əlaqədar İran və ABŞ arasındadolayı müzakirənin aparılması mənasızdır.

Trend-inməlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibiİsmayıl Bəqai bu gün (16 iyun) Tehranda keçirilən mətbuatkonfransında deyib.

Onun sözlərinə görə, müzakirənin qarşı tərəfi olaraq ABŞ BMTTəhlükəsizlik Şurasının daimi üzvlərindən biri kimi İsrailin İranahücumuna qarşı münasibət bildirməyib.

Eyni zamanda BMT Təhlükəsizlik Şurasında İsrailə qarşıqətnamənin təsdiqlənməsi üçün təşəbbüs göstərməyib. Belə bir halda,İranın ABŞ ilə müzakirə aparmasının irəli sürülməsini əsaslandırmaqolmaz.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələri endirib. Zərbələr nəticəsində çoxlu sayda hərbçi, ocümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri,İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı HüseynSalami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid,SEPAH-ın Hərbi Hava Qüvvələri komandanı Əmir Əli Hacızadə, 9 nüvəalimi və yüksək vəzifəli şəxslər ölüb.

Qeyd edək ki, 12, 19, 26 aprel, 11 may və 23 may tarixlərindəİran və ABŞ arasında İranın nüvə proqramı ilə əlaqədar dolayımüzakirələrin 5 raundu keçirilib. Dolayı müzakirələr OmanKrallığının xarici işlər naziri Seyid Bədr Əlbusəidininvasitəçiliyi, İran nümayəndə heyətinə xarici işlər naziri SeyidAbbas Araqçi və ABŞ nümayəndə heyətinə ABŞ-nin Yaxın Şərqməsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun başçılığı ilətəşkil olunub. Müzakirələrin 1, 3 və 4-cü raundu Oman paytaxtıMəsqətdə, 2-ci və 5-ci raundu isə İtaliya paytaxtı Romada baştutub.

Məqalədə:
Seçilən
17
1
az.trend.az

2Mənbələr