Azertag saytından alınan məlumata görə, ain.az bildirir.
Roma, 16 iyun, AZƏRTAC
İtaliyanın Baş naziri Ciorcia Meloni Kanadada keçirilən “Böyük Yeddilik” (G7) ölkələrinin dövlət və hökumət başçılarının sammiti çərçivəsində Almaniya Kansleri Fridrix Merts və Böyük Britaniyanın Baş naziri Kir Starmerlə görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə İtaliya Nazirlər Şurası məlumat yayıb. Bildirilir ki, Ciorcia Meloninin Fridrix Mertslə görüşündə İtaliya və Almaniya arasında hökumətlərarası komissiyanın yeni iclasına hazırlıq, eyni zamanda, qeyri-qanuni miqrasiya və Avropa İttifaqının gündəliyinin əsas məsələlərinə dair müzakirələr aparılıb.
İtaliya və Britaniya Baş nazirlərinin görüşündə isə ölkələr arasında enerji, investisiyaların təşviqi, təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlıq, eləcə də Yaxın Şərqdəki ən son hadisələr, Ukraynadakı müharibə və beynəlxalq gündəliyin ən aktual problemləri ilə bağlı fikir mübadiləsi olub.
Qeyd edək ki, 2025-ci ildə G7-yə Kanada sədrlik edir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.