1990-cı ildə Qusar rayonunun Bala Qusar kəndində doğulur...
Orta təhsilini Bala Qusar tam orta məktəbində alır...
2008 / 2012-ci illərdə Heydər Əliyev adına Ali Hərbi məktəbdə təhsil alır...
2012-ci ildə leytenant hərbi rütbəsi alır...
2013-cü ildə Silahlı Qüvvələrin Təlim-tədris mərkəzində xüsusi təyinatlı ixtisası üzrə təhsil alır...
2013-cü ildən Naxçıvanda yerləşən xüsusi təyinatlıların N saylı hərbi hissəsində xidmətə başlayır...
2018-ci ilə mayın 20-dən 27-dək baş tutan Günnüt əməliyyatında yaxından iştirak edir...
Mayor rütbəsinə qədər yüksəkir...
7 gün davam edən bu döyüşlər Naxçıvan ƏÜO-nun əks həmləsi nəticəsində Şərur rayonunun Günnüt kəndi, "Ağbulaq" yüksəkliyi, Qızılqaya dağı, Qara qaya dağı azad olunur, Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan ordusunun atəş nəzarəti altına keçir...
Füzuli, Hadrut və Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə xüsusi şücaət və rəşadətlə döyüşən, döyüş tapşırığını yerinə yetirən zaman qəhrəmanlıq nümunəsi gpstərən Xüsusi Təyinatlı Qüvvələrin mayoru, Vətən Müharibəsi Qəhrəmanı Renat Şıxnəbiyev!
Qəbrəmanımız vətən qarşısındakı xidmətlərinə görə "Azərbaycan Ordusunun 95 illiyi", "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları, "İgidliyə görə" medalı, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəçi medal, 3-cü dərəcəli "Vətən xidmətə görə" Ordeni, "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları, "Vətən Müharibəsi Qəhrəmanı" medalı, "Heydər Əliyevin 100 illiyi" yubiley madalı ilə təltif edilib.
İlk hərbi uğura imza atdığı Günnüt əməliyyatını qəhrəmanımız belə xatırlayır: "Həmin əməliyyat 3 mərhələdən ibarət olub. Belə ki, əvvəlcə düşmənin Günnütdəki fəaliyyəti ilə bağlı kəşfiyyat aparmalı, mayın 20-dən etibarən isə onların bölmələrinin daxilinə və hakim yüksəkliklərə sızma əməliyyatı həyata keçirməli, daha sonra isə orada tərtiblənməli idilər. Bütün bu fəaliyyətlər uğurla həyata keçirildi. Düşmənin postlara gəlib-vetmək yollarını aşmarca görməsini təmin etdik. Ən önəmli postlar olan Ağbulaq yüksəkçiyi, Qızıl qaya massivindəki Qara qaya yüksəkliyini ələ keçirməyimiz uğurlu əməliyyatın bariz nümunəsidir. Bu əməliyyatda ən böyük uğurumuz Gorus-Laçın- Xankəndi marşrutuna nəzarəti ələ keçirməyimiz oldu. Təbii ki, bu amil də Vətən müharibəsi zamanı düşmən bölmələrinin hərəkətini optik cihazlarla müşahidə edərək məlumatları əvvəlcədən yuxarı komandanlığa ötürməyə imkan verdi. Belə demək mümkünsə, Günnüt əməliyyatı Qarabağ zəfərinə gedən yolun bir mərhələsi idi".
Qeyd edim ki, qəhrəmanımızın hərbi peşəyə yiyələnməsində qardaşının rolu böyük olur. Əslində hərbçi olmaq ozündən 6 haş böyük olan qardaşı Elnurun arzusu olur. Lakin müəyyən səbəblərə görə o, bu arzusunu gerçəkləşdirə bilmir. Belə ki, onun vaxtında hərbi məktəbə qəbul olunmaq çox çətin olduğundan cəhdləri bir nəticə vermir. Bu, Renatı çox məyus edir. Dərslərinə diqqəti artırır. Ciddi-cəhdlə imtahanlara hazırlaşmağa başlayır. Fiziki hərəkətlərə, idmana xeyli vaxt ayırır. Məktəb komandasının tərkibində, demək olar bütün hərbi oyunlara qatılır. Elə birinci ildə də qəbul olunur. Onu ilk təbrik edən də qardaşı Elnur olur.
Beləliklə, 2008-ci ildən bu yana həm özünün, həm də qardaşının yerinə xidmət etməyə başlayır.
Özü bu haqda deyir ki, "Oxuduqca, öyrəndikcə bu sənətin nə qədər çətin olsa da, bir o qədər də məsuliyyətli və şərəfli olduğunu dərk etdim".
Sözündən, söhbətindən təvəzökarlıq yağan qəhrəmanımızla qürur duymamaq olmur: "General olmağı arzulamışam, arzulayıram da. Məşbur bir məsəl var: General olmaq istəməyən əsgər yaxşı əsgər deyil. Amma qəhrəman olacağımı ağlıma gətirməzdim. İlk dəfə eşitdiyimdə qəhər məni boğdu. İçimdə itirdiyimiz silah yoldaşlarıma görə məni bürüyən kədərlə böyük Zəfərimizdən doğan sevinc bir-birinə qarışdı. O Zəfər ki, şəhidlərimizin, qazilərimizin, veteranlarımızın, əsgərlərimizin, zabitlərimizin, Generallarımızın, sərkərdələrimizin sayəsində qazanıldı! Onların hər biri Qəhrəman adına layiqdir. Mən də çiyin-çiyinə vuruşduğum, igid döyüş dostlarımın, tədbirli komandirlərimizin sayəsində bu ada layiq görülmüşəm. Və bu ali adı igid, mərd, qorxmaz həmyerlilərimlə bölüşürəm".
Hazırda xidmətini davam etdirən qəhrəman zabitimizə bundan sonrakı fəaliyyətində, şərəfli xidmətində uğurlar arzulayırıq!
Sizi General rütbəsində görmək ümidi ilə, əziz Qəhrəmanımız!
Yolunuz açıq, şansınız bol olsun cənab mayor!
Sevinc Bəhmənli