İran ali liderin müşaviri Əli Şamxaninin ölümü ilə bağlı xəbərləri təkzib edib.
Ölkə.Az xəbər verir ki, bu barədə İSNA informasiya agentliyi məlumat yayıb.
Qeyd edilir ki, dünəndən onun vəziyyəti nisbətən stabilləşib. Eyni zamanda vurğulanır ki, aldığı ağır xəsarətlər səbəbindən onun vəziyyəti ilə bağlı yekun nəticə çıxarmaq mümkün deyil.
Bundan əvvəl Qərb mediası Şamxaninin iyunun 14-də, İsrailin ölkə boyu hava hücumlarına başlamasının ertəsi günü öldüyünü yazıb.