KİV: İsrailin raket hücumu başlayan kimi Əli Xamenei bunkerə təxliyə olunub
İranın Ali Rəhbəri Əli Xamenei Tehranın şimal-şərqində yerləşən Lavizan rayonundakı bunkerə aparılıb.
Oxu.Az -ın xəbərinə görə, bu barədə "Iran International" İrandakı iki mənbəyə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, bu, iyunun 13-də səhər saatlarında İsrailin zərbələrindən bir neçə saat sonra baş verib. Xameneinin ailəsinin bütün üzvləri onun yanındadır.