AZ

Qadınların getməməli olduğu 5 ŞƏHƏR

Səyahət videoları ilə məşhur olan Andrea Elliott, xüsusilə qadın izləyicilərinə müraciət etdiyi bir videoda “Əgər mənim kimi tək səyahət edənsənsə, bir daha tək başına getməyəcəyim şəhərlərin tam siyahısını sizə açıqlayacağam” deyə paylaşım edib.

News24.az xəbər verir ki, Elliottun siyahısına Filippinin paytaxtı Manila başçılıq edir. 

Qaldığı bölgənin təhlükəli olduğunu bildirən fenomen, "Mənə dedilər ki, çöldə çox kişi var və tək gəzmək təhlükəlidir".

Onun siyahısının ikincisi Fransanın paytaxtı Parisdir. 

Elliott, "Metroda az qala iki dəfə qarət olundum. Polislər silahları ilə yanımda patrul edirdilər, amma yenə də oğurluq riski var idi. Mənə də cibgirlərə qarşı diqqətli olmağım və gecələr çölə tək çıxmamağım barədə xəbərdarlıq edildi" deyib.

Üçüncü təhlükəli şəhər Kolumbiyanın Kartagena şəhəri olub. Elliott, "Ümumiyyətlə Kartaxenanı bəyəndim, amma kişilər çox aqressiv idi. Şəhərə ilk gələndə əlimi taksidən çıxardıb video çəkirdim. Bu zaman polislər skuterdə yanıma gəldilər və mənə dedilər ki, qolumu içəri qoyum, telefonumu çölə çıxartmayım, əşyalarıma qarşı da çox diqqətli olum".

Dördüncü şəhər Belizdəki Caye Caulker adası idi. Elliott, kişilərin burada da çox aqressiv olduğunu söyləyərək, “Bir kişi məni zorla restoranına soxmağa çalışanda bibər qazından istifadə etməli oldum” deyə bildirib.

Siyahıda beşinci və sonuncu El Salvadorun paytaxtı San Salvador olub. İki nəfər tərəfindən az qala qaçırıldığını iddia edən Elliott, "Onlardan ikisi inşaat işçisi idi. Həmin şəxslər yanıma gəldilər, qollarımdan tutdular və məni yük maşınına çəkməyə çalışdılar. Xoşbəxtlikdən restoranlardakı insanlar qışqırıqlarımı eşidib müdaxilə etdilər. Kişilər yük maşınına minərək qaçdılar" sözlərini yekunlaşdırıb.

Günel Məlikzadə

Seçilən
18
1
news24.az

2Mənbələr