AZ

Rəsmi Tehran: ABŞ və Qərbin İsrailə geniş dəstəyi beynəlxalq təhlükəsizliyə böyük təhdiddir

BAKI, 16 iyun. TELEQRAF

ABŞ və digər Qərb ölkələrinin İsrailə göstərdiyi geniş dəstək beynəlxalq sülh və təhlükəsizliyə misli görülməmiş təhdid yaradır.

Teleqraf xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi bu gün brifinq zamanı bildirib.

Diplomat deyib: “İsrail rejiminin cəzasız qalması və ABŞ ilə Qərb ölkələrinin ona verdiyi hərtərəfli dəstək beynəlxalq sülhə və regional təhlükəsizliyə qarşı misilsiz təhlükə təşkil edir.”

Seçilən
4
teleqraf.com

1Mənbələr