AZ

Dünya tarixində ilk dəfə! Amerikanın 21 tanker təyyarəsi Avropaya doğru uçdu

Hurriyyet.a TGRT Haber kanalına istinadla xəbər verir ki, İran-İsrail müharibəsi dövründə Birləşmiş Ştatların hərbi təyyarələrə yanacaq daşıyan 21 ədəd tanker təyyarəsini şərq istiqamətində Avropaya doğru istiqamətləndirməsi qlobal təhlükəsizlik baxımından narahatlıq doğurub. Telekanalın bildirdiyinə görə, bu addımın normal NATO təlimləri ilə heç bir əlaqəsi yoxdur. Mütəxəssislər indiyə qədər belə bir təcrübənin olmadığını bildiriblər.

"DD Geopolitics" portalında mövcud olan məlumata görə, rəsmilər bu addımın NATO-nun Trident Juncture kimi əsas təlimləri ilə bağlı olmadığını açıqlayıblar. Məsələn, 2018-ci ildə NATO-nun son illərdəki ən böyük təlimi olan "Trident Juncture" çərçivəsində ABŞ cəmi 6-8 tanker təyyarəsi göndərmişdi. O dövrün əksər tankerləri İngiltərədəki "RAF Mildenhall" və Almaniyadakı "Ramstein" kimi Avropa bazalarından havaya qalxmışdı. 

Bəzi hərbi analitiklər xəbərdarlıq edirlər ki, İran-İsrail müharibəsinin fonunda atılan bu addım qlobal miqyasda yeni bir alovlanmanın əlaməti ola bilər.

Hürr Tərcüman

ABD'ye

Seçilən
15
1
hurriyyet.az

2Mənbələr