AZ

Millimiz 5 pillə geriləyib - REYTİNQ

Qitə kuboklarının təsnifat mərhələsindən sonra basketbolun 3x3 növü üzrə komandaların dünya reytinqi açıqlanıb.

İdman.biz xəbər verir ki, qadınlardan ibarət Azərbaycan millisi də siyahıda yer alıb.

Avropa kubokunun final mərhələsinə yüksələn yığmamız dünyada 35-cidir. Komandanın hesabında 83,991 xal var. Millimiz ötən siyahı ilə müqayisədə xal itirməsə də, 5 pillə geriləyib.

Qeyd edək ki, cədvələ Niderland millisi başçılıq edir – 550,509 xal.

İdman.biz

Məqalədə:
Seçilən
19
2
idman.biz

3Mənbələr