AZ

Azərbaycanın daha bir cüdoçusu dünya çempionatında mübarizəyə başlayır

Bakı, 16 iyun, AZƏRTAC

Macarıstanın paytaxtı Budapeştdə keçirilən böyük cüdoçular arasında dünya çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, dördüncü yarış günündə Azərbaycanın daha bir idmançısı mübarizəyə start verəcək.

81 kiloqram çəki dərəcəsində çıxış edən Zelim Tçkayev 1/16 finalda Pavel Drjimal (Polşa) - Jianqnan Vanq (Çin) cütünün qalibi ilə üz-üzə gələcək.

Xatırladaq ki, mundialda Azərbaycanı 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Milli komanda, həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.

Seçilən
17
2
azertag.az

3Mənbələr