AZ

FHN: Avtomobildə sıxılı vəziyyətdə qalan şəxs xilas edildi

BAKI, 16 iyun. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar xəttinə Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Bu barədə Teleqraf-a qurumun Mətbuat xidmətindən bildirilib.

Məlumatla əlaqədar FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Daewoo" markalı minik avtomobili və “MAN” markalı yük avtomobili toqquşub və 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində avtomobildə sıxılı vəziyyətdə qalan 1 nəfər deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Seçilən
6
8
teleqraf.com

10Mənbələr