AZ

Həftəsonu bank hesablarından nə qədər pul oğurlanıb?

Bakı. Trend:

İyunun 14-də və 15-də bir sıra şəxslərin bank hesablarından1400, 770, 500, 400, 362, 332, 317, 308, 280, 280, 170, 110, 50 və19 manat kiber üsulla oğurlanıb.

Trend xəbər verir ki, bu barədə DİN-in MətbuatXidməti məlumat yayıb.

Bildirilib ki, Daxili İşlər Nazirliyi vətəndaşlara müraciətedərək bank kartı məlumatlarının qorunmasına xüsusi diqqətyetirməyə çağırır.

Bu cür cinayətlər əsasən, naməlum nömrələrdən gələn zəng vəSMS-lər, saxta saytlar və şübhəli platformalar vasitəsilətörədilir.

Daxili İşlər Nazirliyi bir daha diqqətə çatdırır ki, naməlumnömrələrdən gələn zənglərə və mesajlara cavab verilməməlidir.

Tövsiyə edilir ki, SMS, e-poçt və messencerlərdəki şübhəlilinklərə daxil olmayın, bank kartınızın nömrəsini, PIN kodunu, CVVkodunu, OTP (birdəfəlik şifrə) kimi məlumatları heç bir haldapaylaşmayın. Tanımadığınız şəxslərə, həmçinin özünü bank və yadövlət qurumu əməkdaşı kimi təqdim edənlərə inanaraqməlumatlarınızı verməyin.

Məqalədə:
Seçilən
12
22
az.trend.az

10Mənbələr