Səudiyyə Ərəbistanı dövlətə xəyanətdə, xarici qurumlarla əməkdaşlıq etməkdə, terrorçuluğu maliyyələşdirməkdə, milli təhlükəsizlik və birliyi təhdid etməkdə ittiham olunan tanınmış jurnalist Turki əl-Casseri edam edib.
XəzərNews.az xəbər verir ki,məlumatı Jurnalistləri Müdafiə Komitəsi (CPJ) yayıb.
Səudiyyə rəsmiləri 2018-ci ildə əl-Casseri həbs edərək onun cihazlarını ələ keçirib. Onun Səudiyyə kral ailəsindəki korrupsiya haqqında yazdığı sosial media platforması X-da hesab işlətdiyi güman edilir. Səudiyyə rəsmiləri onu X istifadəçiləri və jurnalistlərə casusluq etməkdə günahlandırılıb.
Əl-Cəsser həssas mövzularda, o cümlədən qadın hüquqları, ərəb baharı və korrupsiya haqqında yazıb. O, Səudiyyə Ərəbistanının hazırda bağlanmış “Əl-Təqrir” qəzeti ilə əməkdaşlıq edib və 2013-cü ildən 2015-ci ilə qədər şəxsi bloqunu aparıb.
Xəbər 2 dəfə oxunub.