AZ

MI6-da taxt dəyişikliyi – “C” kod adlı yeni rəhbər gəlir

MI6-da

Britaniyanın məşhur kəşfiyyat qurumu MI6-da yeni dövr başlayır! “C” kod adlı rəhbərlik kreslosuna bu payız Blez Metreweli əyləşəcək. O, texnologiya sahəsində qabaqcıl mütəxəssis kimi tanınır və vəzifəni hazırkı rəhbər Ser Riçard Murdan təhvil alacaq. MI6 rəhbərinə ənənəvi olaraq “C” deyilir – bu ad təşkilatın ilk rəhbərinin imzasından miras qalıb. “C” birbaşa Xarici İşlər Nazirinə hesabat verir və baş nazirə də milli təhlükəsizliklə bağlı məsləhətlər təqdim edir.Yeni “C” Rusiya, Çin, İran və Şimali Koreya kimi böyük təhdidlərə qarşı mübarizə aparacaq, həm də süni intellekt və rəqəmsal texnologiyalar sahəsində MI6-ya yeni nəfəs gətirəcək.Qeyd edək ki, MI6 rəhbəri agentlərə “öldürmək üçün lisenziya” vermir – bu, yalnız xüsusi hüquqi prosedurdan sonra xarici işlər naziri tərəfindən təsdiqlənə bilər.Ulusum.az

Diqqət Çəkənlər

Xamenei də hədəfdədir?! İsraildən sərt mesaj!

Boğazına arı girən məşhur milyarder polo oyununda həllak oldu – ŞOK DETALLAR! - FOTO

Nikolya Sarkozi “Şərəf Legionu” ordenindən məhrum edildi

Seçilən
6
ulusum.az

1Mənbələr