"Real"ın hücumçusu Vinisius Junior yeni formatda keçirilən Klublararası Dünya Çempionatı ilə bağlı gözləntilərini bölüşüb.
Publika.az xəbər verir ki, o, turnirin qalibi olmaq istədiklərini bildirib:
"Biz bu ilk klublararası dünya çempionatını qazanmaq istəyirik, çünki ilk kubok yaddaşlarda əbədi qalır. Bu, "Real"ın hələ sahib olmadığı yeganə tituldur. Biz onun ardınca gedirik".
Qeyd edək ki, “Real” əvvəlki formatda bu turniri beş dəfə qazanıb. Yeni formatda isə yarış ilk dəfə təşkil olunur.