İran İslam İnqilabı Keşikçiləri Korpusunun kəşfiyyat rəisi briqada generalı Məhəmməd Kazeminin ölümünü təsdiqləyib.
Missiya.Az "Mehr"ə istinadən xəbər verir ki, Sepah kəşfiyyatının rəisi briqada generalı Məhəmməd Kazemi İsrailin təcavüzü zamanı bir neçə komandirlə birlikdə həlak olub.
Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu “Fox News” telekanalına müsahibəsində İsrail qüvvələrinin İslam İnqilabı Keşikçiləri Korpusunun kəşfiyyatının rəhbəri briqada generalı Məhəmməd Kazemi və onun müavini general Həsən Mohəqiqi öldürdüyünü bildirib.
Elcan
Missiya.Az