"Milan" klubu "Arsenal"ın futbolçusu Aleksandr Zinçenkonu transfer etmək istəyir.

Offsideplus.az xəbər verir ki, "rossoneri" artıq ukraynalı cinah müdafiəçisi üçün danışıqlara başlayıb.

Bu barədə "Correiro dello Sport" məlumat yayıb.

Zinçenkonun bazar dəyəri 12-13 milyon avrodur. O, başa çatan mövsüm 23 oyunda 1 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.

Ukraynalının "Arsenal" ilə müqaviləsi gələn ilin yayında başa çatacaq.