AZ

Dünyanın ən yoluxucu xəstəliyi - 10 nəfərdən 9-u...

İngiltərənin bəzi bölgələrində il ərzində qeydə alınan qızılca halları, artıq 2024-cü ilin ümumi rəqəmlərinə yaxınlaşmış vəziyyətdədir. Mütəxəssislər xəbərdarlıq edir ki, izdihamlı tədbirlər yoluxma riskini ciddi şəkildə artırır.

Qızılca, parotit (qulaqdibi şişi) və məxmərək kimi xəstəliklərə qarşı qoruma təmin edən MMR peyvəndinin iki doza şəklində vurulması bu xəstəliklərə qarşı 99%-ə qədər qoruma təmin edir. 

News24.az xəbər verir ki, bu xəstəliklər menenjit, eşitmə itkisi və hamiləlik zamanı ciddi fəsadlara səbəb ola bilər.

Peyvənd olunmamış izdihamlı bir məkanda, yalnız bir yoluxmuş şəxs belə ətrafındakı 10 nəfərdən 9-na asanlıqla virusu yoluxdura bilər.

Dr. Simon Klarkın verdiyi açıqlamaya görə, 1990-cı illərdə MMR peyvəndinin autizmə səbəb olduğu iddiaları – artıq təkzib olunmuş olsa da – bir çox valideynlərdə narahatlıq yaradıb və bu da peyvənd etdirənlərin sayının azalmasına səbəb olub. Ancaq mütəxəssislər peyvəndin, risk altındakı qruplara xəstəliyi yayma ehtimalını azaltmaqda vacib rol oynadığını bildirirlər.

QIZILCA ƏLAMƏTLƏRİ

Qızılca adətən qızdırma, öskürək, burun axması kimi soyuqdəymə simptomları ilə başlayır və bir neçə gün sonra dəridə səpgilərlə davam edir. Daha nadir hallarda sepsis, pnevmoniya və beyin şişməsi kimi ağır komplikasiyalar da baş verə bilər.

ABŞ-da bu il ərzində iki uşaq və bir böyük insan qızılcadan həyatını itirib. Bu da xəstəliyin nə qədər təhlükəli ola biləcəyini bir daha sübut edir.

Günel Məlikzadə

Seçilən
4
3
news24.az

4Mənbələr