AZ

Tramp Netanyahunun İranın ali dini lideri Xamneyini öldürmək planına qarşı çıxdı


ABŞ mətbuatında ABŞ prezidenti Donald Trampın İsrailin İranın ali dini lideri Ayətullah Əli Xamneyini öldürmək planına qarşı çıxdığı iddia edilir.

Bildirilir ki, israillilər İranın ali liderini öldürmək imkanlarının olduğunu bildiriblər, lakin Tramp onların bu planını qəbul etməyib. Adı açıqlanmayan mənbə, iranlıların hələ bir amerikalını öldürmədiyi və onlar bunu edənə qədər də Tramp administrasiyasının İranın siyasi rəhbərliyini hədəfə almayacağını iddia edib.

İsrailin baş naziri Benyamin Netanyahu isə Trampın Xamneyini öldürmə planına veto qoyması iddiasını təkzib edib: "Heç vaxt baş tutmayan söhbətlərlə bağlı o qədər saxta xəbər var ki, bu mövzuya girməyəcəm".

TAHİR

Seçilən
9
baki-xeber.com

1Mənbələr