İranın İsrailə qarşı əməliyyatları düşmən tamamilə məhv edilənə qədər davam edəcək.
Sfera.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK, İran Silahlı Qüvvələrinin elit bölmələri) bəyanatında deyilir.
“İsrail rejiminin tərəfdarları bilməlidirlər ki, [İranın] bu rejimin əhəmiyyətli və həssas hədəflərinə qarşı effektiv, hədəflənmiş və öldürücü əməliyyatları tamamilə məhv edilənə qədər davam edəcək”, - bəyanatda deyilir.
Qeyd edək ki, İsrail 13 iyundan İranın hərbi və nüvə obyektlərinə zərbələr endirir. Buna cavab olaraq 15 iyunda İran 3 dəfə İsrailə ballistik raketlərlə zərbələr endirib. Raketlər Təl-Əviv, Aşkelon və Hayfada dağıntılara səbəb olub.
Firuzə Əliyeva
Sfera.az