AZ

Hər il iki günümü buna həsr edirəm”

ain.az, Milli.az portalına istinadən məlumat yayır.

Rusiya Prezidenti Vladimir Putin hər il hərtərəfli tibbi müayinədən keçdiyini açıqlayıb.

Milli.Az xəbər verir ki, bu barədə o, Kremldə Əmək Qəhrəmanları və dövlət mükafatı laureatları ilə mükafatlandırma mərasimindən sonra bildirib. 

"Biz mütəmadi olaraq 'texniki baxışdan' keçirik, hər il isə geniş yoxlamadan. İki günümü buna həsr edirəm" .

Putin söhbət zamanı həmçinin bildirib ki, görmə qabiliyyətində azacıq zəifləmə diaqnozu qoyulanda eynək taxmağı sınaqdan keçirib, lakin özünü narahat hiss etdiyi üçün bu vərdişdən imtina edib.

"Onları taxdım, başım fırlandı və başa düşdüm ki, indi çıxartmasam, ömrümün sonuna qədər taxmalı olacam. Amma belə də işləyir - problemsiz oxuya bilirəm," - deyə dövlət başçısı qeyd edib.

Fidan

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
2
news.milli.az

3Mənbələr