AZ

“Sumqayıt” ispaniyalı məşqçi gətirir?

Belarus milli komandasının baş məşqçisi Karlos Alos vəzifəsindən istefa verəcək.

Bizim.Media xəbər verir ki, buna səbəb onun Azərbaycandan təklif almasıdır.
 

Premyer Liqa klublarından birinin “sükanı arxasına” keçəcək 49 yaşlı ispan mütəxəssis yığmadan ayrılmaq niyyətindədir. 


Verilən məlumata görə, Alos Azərbaycan təmsilçisi ilə bütün məsələlərdə razılığa gəlib. Böyük ehtimalla Karlos Alos “Sumqayıt”la danışıqlar aparır. 

Qeyd edək ki, Karlos Alos 2023-cü ildən Belarus millisini çalışdırır.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
6
bizim.media

1Mənbələr