Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
ABŞ hüquq-mühafizə orqanlarının əməkdaşları Minnesota ştatının qanunvericilərinə silahlı hücumda şübhəli bilinən 57 yaşlı Vens Boelteri saxlayıblar.
Oxu.Az bu barədə CBS telekanalına istinadla xəbər verir.
Məlumata görə, şübhəli evinin yaxınlığında saxlanılıb.
"Minnesota ştatından olan iki qanunvericiyə və onların həyat yoldaşlarına atəş açdığı güman edilən Vens Boelter artıq nəzarət altındadır", - deyə məlumatda qeyd olunur.
Bundan əvvəl Minnesota ştatının qubernatoru Tim Uolts bildirmişdi ki, senator-demokrat Con Hoffmana hücum edən və qanunverici-demokrat Melissa Hortmanı həyat yoldaşı ilə birlikdə öldürən şəxs bu cinayətləri özünü polis kimi qələmə verərək törədib.
Qeyd edək ki, Minnesota ştatında naməlum şəxs iki yerli qanunverici və onların həyat yoldaşlarına atəş açıb. Hadisə yerinə gələn polis əməkdaşları ilə şübhəli arasında atışma baş verib, lakin şübhəli hadisə yerindən qaçmağa müvəffəq olub. Qaçmazdan əvvəl o, demokrat siyasətçi Melisa Hortmanı və onun həyat yoldaşını qətlə yetirib. Həmçinin, demokrat senator Con Hoffman və onun həyat yoldaşı da yaralanıb, onlara təcili tibbi yardım göstərilib.
ABŞ Prezidenti Donald Tramp isə baş vermiş bu hadisə barədə məlumatlandırıldığını bildirib. O, Minnesotada baş verən hadisəni "ştat qanunvericilərinə qarşı məqsədli hücum" kimi dəyərləndirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.