Bakupost saytına istinadən ain.az xəbər verir.
Ötən gecə İrandan atılan raket hücumları nəticəsində 8 israilli ölüb, 100-dən çoxu yaralanıb.
Bakupost.az "İsrailin səsi" Teleqram kanalına istinadən xəbər verir ki, 4 nəfər Petah Tikvada yaşayış binasına raket düşməsi nəticəsində, bir nəfər Bney Brakda, üç nəfər isə Hayfada birbaşa zərbə zamanı həlak olub.
ABŞ-ın Təl-Əvivdəki səfirliyinin ofisi zədələnib, üç sinaqoq və bir təhsil müəssisəsi tamamilə dağıdılıb.
"İranın İsrailə endirdiyi raket zərbələri nəticəsində müharibə başlayandan ölənlərin ümumi sayı 24 nəfərə çatıb. Onların hamısı mülki şəxslərdir", - xəbərdə deyilir.





Zaur, BakuPost
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.