Fransa prezidenti Emmanuel Makron ölkənin kollektiv təhlükəsizliyi gücləndirmək üçün Arktika regionunda keçirilən hərbi təlimlərdə iştirak etməyə hazır olduğunu açıqlayıb.
Publika.az xəbər verir ki, Makron bu barədə Qrenlandiyaya səfərindən sonra keçirilən mətbuat konfransında deyib.
Makron Arktika Şurası, NB8 formatı (Baltikyanı və Skandinaviya ölkələrini birləşdirən) və xüsusilə NATO çərçivəsində çoxtərəfli əməkdaşlığın vacibliyini vurğulayıb.
"Fransa Arktikadakı müttəfiqləri ilə, xüsusən Arktika Şurası çərçivəsində, həm də NB8 çərçivəsində əməkdaşlığı gücləndirməyə hazırdır. Və aydındır ki, NATO bu əməkdaşlığın və qarşılıqlı fəaliyyətin ən yaxşı təşkil olunduğu formatdır. Mən sizin hakimiyyət orqanlarınıza təhlükəsizliyin möhkəmləndirilməsi üçün birgə təlimlər baxımından Fransanın daha çox şey etməyə hazır olduğunu bildirirəm", - prezident deyib.